İyulun 9-da Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əsas müzakirə “Azov” batalyonu komandirlərinin İstanbuldan Kiyevə qayıtması ilə bağlı olub.
“Nazirlər prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında prinsipial razılaşmalar əsasında Moskva ilə Ankara arasında etimada əsaslanan münasibətlərin qorunub saxlanmasının və möhkəmləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.
Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının müəyyən aspektləri, o cümlədən qarşıdan gələn təmasların cədvəli müzakirə edilib”, - Rusiya XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, Türkiyədən səfərdən qayıdan Ukrayna lideri Vladimir Zelenski “Azov” batalyonunun 5 komandirini də özü ilə aparıb. Kreml sözçüsü Dmitri Peskov isə bunu razılaşmaların pozulması adlandırıb. Belə ki, razılaşmaya əsasən, Rusiya əsirliyindən azad edilən “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!