ABŞ öz mövqeyində həmişə münaqişənin güclü tərəfinə arxalanmağa meyillidir.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
“Biz Birinci Qarabağ müharibəsində qalib gələndə və onu diplomatik sahədə möhkəmləndirməyə çalışanda ABŞ bizə kömək etdi. Niyə? Çünki biz güclü tərəf idik və onlar həmişə güclü tərəfi dəstəkləməyə çalışırlar, bu, onların siyasətinin konsepsiyasıdır. ABŞ-ın belə mövqeyi tamamilə başa düşüləndir: zəif tərəf əsas amil rolunu oynaya və vəziyyətə təsir göstərə bilmədiyi üçün güclü tərəflə danışıqlar aparmaq və ümumi dil axtarmaq lazımdır. Ona görə də Azərbaycan hazırda ABŞ-ın prioritetidir, Vaşinqton münaqişəni öz maraqlarını nəzərə alaraq həll etməyə çalışacaq. Müharibədə məğlub olan Ermənistan ABŞ-da təsir rıçaqlarını itirdi”, - o bildirib.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!