ABŞ-ın şimal-şərq regionu dağıdıcı daşqınların təsirinə məruz qalıb.
BUTA.TV xəbər verir ki, Nyu York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub. Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.
Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib. Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb.
İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!