Dünən Krasnodarda səfərbərlik işləri üzrə idarə rəisinin müavini Stanislav Rjitski güllələnib.
BUTA.TV xəbər verir ki, bu haqda BAZA Teleqram kanalı məlumat yayıb.
42 yaşlı Rjitski “Olimp” idman kompleksinin yaxınlığında səhər qaçışı zamanı sinəsindən və kürəyindən güllələnib. O, yerindəcə keçinib. Sui-qəsdi törədənlər isə hadisə yerindən qaçıblar.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Stanislav Rjitski ikinci dərəcəli kapitandır. Ukrayna mediası onun ötən ilin iyulunda Vinnitsanın atəşə tutulmasında iştirak edən və Qara dənizdən “Kalibr”i buraxan “Krasnodar” sualtı qayığına komandirlik etdiyini bildirib.
Onu ukraynalı kəşfiyyatçıların “təmizlədiyi” iddia edilir.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!