Tikinti işləri zamanı vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.
Bu barədə BUTA.TV-a İmişli rayon prokurorluğundan məlumat verilib.
Belə ki, İmişli rayonunun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!