Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...