Millət vəkili Etibar Əliyevin Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verməsi geniş rezonansa səbəb olub.
BUTA.TV xəbər verir ki, millət vəkili Şuradan istefa verməsinin səbəbləri sırasında nazirlə şəxsi yazışmalarının ictimailəşməsini göstərib.
“İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi Vatsap yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı”, - millət vəkili iclasdan sonra sosial şəbəkə hesabında bildirmişdi.
E.Əliyev nazirlə şəxsi yazışmasının yayılmasından niyə narahat olduğuna aydınlıq gətirməsə də, sosial şəbəkələrdə millət vəkilinin Emin Əmrullayevdən xahiş etdiyi bildirilir. İddiaya görə, E.Əliyev Bakı məktəblərinin birində müəllim işləyən dayısı qızının 65 yaşı olmasını xatırladaraq, direktorun da təqdimatı olduğunu vurğulayır və onun fəaliyyətinin bir il də uzadılmasını xahiş edir.
E.Əmrullayevin 25 yaşdan yuxarı olan şəxslərin 60%-nin oxuduqlarını tam anlaya bilməməsi barədə kontekstdən çıxarılan fikirlərini də millət vəkilinin məhz bu xahişi yerə salındığı üçün sərt şəkildə tənqid etməsinə vurğu edilir.
Xatırladaq ki, E.Əliyev tanınmış təhsil ekspertidir.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...