İmtahanlardan narazı qalan müəllimlərin diqqətinə

18:28 - 12 İyul 2023 - GÜNDƏM

 İmtahanlardan narazı qalan müəllimlərin diqqətinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol