NATO-nun Vilnüsdə keçirilən sammitinə qatılan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımının Litvanın birinci xanımı - Diana Nepaite-Nausedienė ilə görüşü qalmaqal yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilir ki, Zelenski Litvanın birinci xanımını qucaqlayıb və onun hər iki yanağından üç dəfə öpüb. Yelena Zelenskayanın reaksiyası isə istifadəçiləri heyrətə gətirib. Ukraynanın birinci xanımı əvvəlcə ərinə təəccüblə baxıb, sonra onun kürəyini toxunub. Daha sonra Zelenski onun əlini tutmaq istəyəndə isə imtina edib.
Bütün bunlar kameralara tuş gəlib.
Şərhçilərin fikrincə, birinci xanım ərindən olduqca gülməli şəkildə inciyib.
Sosial şəbəkədə ollaya müxtəlif gülməli reaksiyalar verilməkdədir.
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan