Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Övsət Həmidov Beynəlxalq Ekoenergetika Akademiyasının "İnşaat Mühəndisliyi üzrə Fəlsəfə Doktoru" adına layiq görülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Xidmətin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Övsət Həmidov 1978-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin Sənaye və Mülki tikintilər ixtisasının axşam bölümünə qəbul olub, 1986-cı ildə təhsilini tamamlayıb. Universitetdə tələbə elmi cəmiyyətinin üzvü olub, 4 elmi iş ərsəyə gətirib.
Ö.Həmidov əmək karyerasına 1978-ci ildə “İstilik İzolyasiya” Bakı quraşdırma idarəsində başlayıb, 8 il ərzində həmin şirkətin müxtəlif vəzifələrində çalışıb.
Azərbaycanın bir çox bölgələrində, eləcə də ölkəmizin hüdudlarından kənarda inşaat layihələrinə rəhbərlik edən Ö.Həmidov 2016-cı ildən “PMD Group”da layihə koordinatoru kimi fəaliyyətə başlayıb. Sonra isə Layihələrin idarə olunması departamentində Baş Layihə müdiri olaraq fəaliyyətini davam etdirib.
Hazırda Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsində çalışır.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab