Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıları guya “blokada”da olduqları üçün “humanitar fəlakət” yarandığı yalanlarının ifşa olunmasından dərin narahatlıq keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə separatçı dəstəsinin “parlamentinin” “mətbuat katibi” Anuş Qavalyan bildirib.
O, yalançı hay-küylərini ifşa edən, əsl reallıqları göstərən, ermənilərin rəqs, qonaqlıqlar, restoranlarda bütün nemətlərin olduğu yüksəksəviyyəli xidmətləri əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.
Onun sözlərinə görə, bu videolardan “Azərbaycan təbliğat maşını fəal şəkildə istifadə edir:
“Toyların və digər gözəl tədbirlərin videoları ruhlandırıcıdır, güc və iradə nümayiş etdirir, lakin lütfən, dəbdəbəli həyatla əlaqəli videoları paylaşmaqdan çəkinin".
Qeyd edək ki, əslində bu çağırışın özü Xankəndi və ətrafında heç bir qida çətinliyi olmadığının göstəricisidir. Əgər qida çətinliyi, ərzaq çatışmazlığı olsaydı, bu çağırışa da ehtiyac qalmayacaqdı, çünki insanlar dəbdəbəli həyat olmadığı üçün onu çəkib yaya da bilməyəcəkdilər. Hazırda isə ermənilərin təbliğatının əksinə olaraq, Qarabağın erməni icmasının məskunlaşdığı ərazidə dəbdəbəli həyat, israfçılıq, toy-düyün davam edir.
Onlardan bəzilərini təqdim edirik:
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab