Rusiyanın hər bir raketi təkcə Ukraynaya deyil, dünyada normal və təhlükəsiz həyata can atan hər kəsə zərbədir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.
Dövlət başçısı Rusiya qoşunlarının iyulun 18-dən 19-na keçən gecə ölkə ərazisini kütləvi atəşə tutması ilə bağlı videokonfrans formatında müşavirə keçirib.
O qeyd edib ki, iki mühüm qərar qəbul edilib:
“Səhər konfransında mən Rusiyanın Odessa, Jitomir və digər bölgələrimizə gecələr endirdiyi zərbələr barədə məlumat eşitdim. Rusiya terrorçuları kifayət qədər məqsədli şəkildə “Taxıl sazişi”nin infrastrukturunu hədəfə alıblar”.
V.Zelenskinin sözlərinə görə, o, hərbçilərə insanların və liman infrastrukturunun mühafizəsini gücləndirməyi, Xarici İşlər Nazirliyinə isə Rusiyaya qarşı təzyiqi artırmaq və Ukrayna taxılının normal ixracını davam etdirmək üçün tərəfdaşlarla əlaqələri gücləndirməyi tapşırıb.
Qeyd edək ki, iyulun 19-na keçən gecə rus qoşunları bir neçə növ raketlərdən, eləcə də kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə yenidən Ukraynaya hücum edib. Odessa, Xerson, Kropivnitski, Jitomir vilayəti və Kiyevdə partlayış səsləri eşidilib.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı