Xankəndidə bütün zəruri ərzaq və digər məhsulların çatdırılması üçün Azərbaycanın humanist təklifini – Ağdamdan tədarükün mümkünlüyünü qəbul etmək istəyənlərin sayı artır.
BUTA.TV xəbər verir ki. bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ağdamdan məhsul tədarükünün, başqa sözlə, Azərbaycana inteqrasiyanın erməni icmasının Xankəndi və ətrafında qalıb yaşaması üçün yeganə çıxış yolu olduğunu bildirənlərin önündə separatçı-terrorçu ermənilərin keçmiş “təhlükəsizlik şurası katibi”, əli mülki azərbaycanlıların qanına batan Samvel babayan və onun “Vahid Vətən” adlı qondarma partiyası dayanır.
Qeyd edək ki, S.Babayan bir müddət öncə həbs olunsa da, ürəyində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Daha sonra “məhkəmə” onun azad olunmasına qərar vermişdi və hazırda onun müalicəsi xəstəxanada davam edir.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys