Ermənistan vətəndaşları “Qarabağ ermənisi” adı ilə saxta pasport əldə edərək Avropa ölkələrinə qaçırlar.
BUTA.TV xəbər verir ki, Avropadakı oxucuların Globalinfo.az-a verdiyi məlumata görə, erməni vətəndaşların bu ölkələrə sürətli axını başlayıb.
Ermənistan sakinləri özlərini Qarabağ ermənisi kimi təqdim edərək saxta pasport düzəltirir və bu yolla Avropa ölkələrinə köç edirlər. Həmin ölkələrdə yaşayan azərbaycanlıların bir qismi artıq onlarla qarşılaşdıqlarını, bunu ermənilərin özlərinin etiraf etdiyini söyləyirlər.
“Qaçqın” ermənilər Qarabağdakı sakinlərin isə ümumiyyətlə ərazidən çıxa bilmədiyini, separatçı oyuncaq rejimin üzvləri tərəfindən girov saxlanıldıqlarını deyirlər. Bölgədən Ermənistana qaçanlar isə ümumiyyətlə geri dönməyi düşünmədiklərini, hətta regionu tərk edəcəklərini söyləyirlər.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxışında son 30 ildə ölkə əhalisinin sayının xeyli şəkildə azaldığını, ermənilərin Avropa və Amerikaya birdəfəlik köç etdiyini bildirmişdi. Erməni ekspertlər sakinlərin bu axınının 44 günlük müharibədən sonra daha da sürətləndiyini, məsələnin yaxın gələcəkdə Ermənistanda ciddi demoqrafik problemə səbəb olacağını bildirirlər.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys