Araik cavab gözləyir, sonra elan edəcək... - Ekspert

10:28 - 21 İyul 2023 - GÜNDƏM

 Araik cavab gözləyir, sonra elan edəcək... - Ekspert

Qarabağdakı separatçılar son mitinqlər ilə müqavimət formalaşdırmaq istəyirlər. Separatçılar çox aydın şəkildə vaxtın daraldığını, özlərinin və onlara dəstək verən Rusiya, İran və Qərbdəki müəyyən dairələrin imkanlarının məhdudlaşdığını bilirlər. Ona görə də məsuliyyəti üzərlərindən atmaq üçün belə aksiyalara rəvac veriblər.

Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində separatçıların keçirdiyi aksiyaların məqsədi haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Ekspert Araik Arutyunyanın məsuliyyətdən yayınmaq üçün belə addımlar atdığını vurğulayıb:

“Separatçıların başladıqları tətil və aksiyaların heç bir məntiqi və mənası yoxdur. Fikrimcə, Arutyunyanın səsləndirdiyi bir həftəlik müddət mesajı nə Ermənistana, nə də Azərbaycana yönəlib. Bu, Rusiyaya verilən mesajdır. Artıq sözügedən müddətin 3 günü gedib və Arutyunyan Moskvadan cavab gözləyir. Gələn cavabdan sonra isə o, “əlindən gələni” etdiyini oradakı ermənilərə göstərib, “istefaya” gedəcək. Qarşıdakı on gün içərisində Qarabağ erməniləri arasında ciddi parçalanmalar müşahidə ediləcək”.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol