Ermənistan Azərbaycanla anklavlar məsələsini müzakirə etməkdən imtina edə bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz anklav gündəliyindən imtina edə bilmərik, bu səbəbdən (xəritədə Başkəndi göstərir). Desəm ki, belə bir gündəm yoxdur, Ermənistanda bu, cinayət məsuliyyətinə əsas olacaq”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, anklavlar istər-istəməz müzakirə mövzularından biridir:
“Hər bir tərəf öz arqumentlərini təqdim edəcək. Əgər İrəvan istəsə ki, Bakı bu məsələni qaldırmasın, o zaman bunun qiyməti Başkənddən imtinadır”.
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu
- Qəfil ölən keçmiş səfir tanınmış şəxsin qardaşı imiş