Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.
BUTA.TV Bakupost.az-a istinadən məlumat verir ki, məşhur plastik rekonstruktiv cərrah, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.
Onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi.
Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var. D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.
Qeyd edək ki, bundan öncə tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edildiyi üzə çıxmışdı.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək