Azərbaycan səfirliyi Almaniyada yaşayan evsiz insanların qayğısına qalan təşkilata yardım göstərib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz sosial şəbəkə hesabında yazıb.
O, evsizlərə yemək paylanmasında şəxsən iştirak edib.
"Bu qış Berlində xüsusilə soyuq keçir. Bundan ən çox əziyyət çəkən küçələrdə yaşayan evsiz insanlardır. Səfirliyimiz bu kimsəsiz insanların qayğısına qalan təşkilata yardım göstərdi və onlara yeməklərin paylanmasında iştirak etdi", - N.Ağayev qeyd edib.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət