ABŞ-dan, AB-dən Ermənistana gələn qrantlar xeyli azalacaq deyə, bu ölkədə siyasi mübarizə daha maraqlı hal alacaq. Kremlin isə Ermənistanda həm açıq, ayaqda olan, həm də “yatmış”, istənilən anda hərəkətə keçə bilən “hücrələri” var. Əgər Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa (Ukraynada medianın 90% qrantlarla ayaqda qalır), qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbələri axtarışına çıxacaq. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Yəni, zatən Ermənistanın, guya, Rusiyadan uzaqlaşdığı mif idi, indi bu mif də dağıla bilər ki, bu da bizə xeyirli deyil.
BUTA.TV xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Ermənistanda hakimiyyət dəyişiklikləri 2026-da reallaşa bilər:
“Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük sülh sənədi imzalamaq lazımdır və bu təklif rəsmi Bakıdan gəlməlidir – biz təklif edək, görək İrəvan bundan imtina edə biləcəkmi...”
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri gələn iş keçiriləcək.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət