ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
“BUTA.TV” xəbər verir ki, ABŞ lideri bunu “New York Post”a müsahibəsində deyib.
Tramp bildirib ki, onlar danışıq zamanı Ukraynadakı vəziyyəti və onun həlli yollarını müzakirə ediblər.
O, Putinlə söhbətinin müddəti və digər təfərrüatlarını açıqlamayıb.
Bununla belə, Tramp qeyd edib ki, Rusiya Prezidenti döyüş meydanında əsgərlərin həlak olmasından narahatdır.
Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün konkret planın olduğunu da vurğulayıb və onun sürətlə həyata keçiriləcəyinə ümid etdiyini deyib:
“Ukraynada dəhşətli müharibə gedir. Mən bu iblisliyə son qoymaq istəyirəm”.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət