Bizim diqqətimiz hərbi təxribatlara yönəlib, amma dünyada daha yetkin taktika və metodologiya var.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Akop Badalyan yazıb.
O bildirib ki, hazırda Ermənistan iqtisadiyyatı hücum altındadır:
“Bu gün Zəngəzur zavodu ətrafında baş verənlər getdikcə daha çox Ermənistana hibrid hücum təəssüratını yaradır. Bu hücumda zavodun yüzlərlə əməkdaşının səmimi niyyət və emosiyalarından istifadə edilir.
Ermənistan hər gün yüz milyon dram itirir və müəssisə 400 milyona yaxın itkiyə məruz qalıb. İndi təsəvvür edək ki, Ermənistan bu həftə ərzində itirdiyi 700 milyon dramla nə qədər mühüm layihələr həyata keçirə bilərdi”.
A.Badalyan Ermənistanın xaos içində olan iqtisadi-sosial vəziyyətindən yaranan Zəngəzur zavodu böhranını Azərbaycan və Türkiyənin “hibrid hücumu” kimi təqdim etməyə çalışıb.
Qeyd edək ki, bir qədər əvvəl Zəngəzur mis-molibden zavodunda işçilər əməkhaqqının 50% artırılması tələbi ilə tətil ediblər. Aksiyalar zamanı işçilər arasında silahlı insident olub, 10 nəfər saxlanılıb.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət