HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb.
BUTA.TV “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan hərbi sözçüsü məlumat verib.
O qeyd edib ki, İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Məsələyə İsrailin müdafiə naziri İsrail Kats da münasibət bildirib:
“Bu bəyanat atəşkəs razılaşmasının və girovların azad edilməsi ilə bağlı razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada baş verə biləcək hər hansı prosesə və əhalinin məskunlaşdığı əraziləri qorumaq üçün ən yüksək səviyyədə hazır vəziyyətə gətirilməsini əmr etdim. Oktyabrın 7-dəki vəziyyətə qayıtmağa imkan verməyəcəyik”.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət