Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı Ermənistan və Fransa liderləri ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələləri, o cümlədən iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil, turizm və digər sahələrdə birgə proqramların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında sülh danışıqları, sərhədlərin demarkasiyası prosesində baş verənlər, həmçinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiya marşrutlarının blokdan çıxarılması ətrafında fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.
Tərəflər Ermənistan-AB əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivləri haqda da danışıblar.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət