Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualını cavablandırarkən bildirib.
Jurnalistin bu məsələ ilə bağlı danışıqların davam edib-etməməsi ilə bağlı aydınlaşdırıcı sualına spiker belə cavab verib:
“Siz bu barədə çox yaxşı məlumatlısınız. Başqa hansı suallarınız var?”
Jurnalistin, “Niyə “arsax”ı Qarabağ adlandırırsız” sualını Simonyan bu cür cavablandırıb:
“Məgər siz “qarabağlılar” sözünü işlətmirsiz? Mən siyasətçiyəm və erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam. Mən siyasətçi etikasına riayət etməliyəm. Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm?”
Daha sonra Qarabağdan olan jurnalistə spiker bu sözləri deyib:
“Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin”.
Qeyd edək ki, Alen Simonyanı erməni mediası Qarabağdan köçən ermənilərə nifrət edən şəxs kimi təqdim edir.
- Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...
- Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova
- Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...
- Bakı “Rus evi” ilə bağlı cavab verməyib – Primakov
- Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...
- Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır
- Tanınmış meyxanaçı həbs olundu - FOTO
- Əli Xameneinin bunkeri vuruldu