Ermənistan artıq təhlükədədir. Paşinyan bu haqda danışmaqla Azərbaycanın üzünə yeni eskalasiyalara, yeni hücumlara qapı açır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Avetik Çalabyan Ermənistan Baş naziri Nikol Paşinyanın son məqaləsində səslənən təhdidlərdən danışarkən deyib.
“Paşinyan bu məntiqlə hərəkət edir: əvvəlcə xalqa ultimatum təqdim edir, sonra xalqı, belə deyək, böyük itkidən xilas etməyə çalışır. Bunu Qarabağda etdi, dedi ki, kapitulyasiyaya imza atmasaydı, 25 min erməni əsgərin həyatını xilas edə bilməyəcəkdi. İndi gəlib deyir ki, Ermənistanın 60 faizi riskdədir. Yəqin Paşinyanın növbəti bəyanatı belə olacaq: “Ermənistanın 40 faizini saxlamaq üçün 60 faizini təhvil verək”, - Çalabyan bildirib.
O iddia edib ki, Paşinyan ABŞ-dan əliboş qayıdıb və yeni administrasiyanın Ermənistanı dəstəkləməyəcəyi üzə çıxıb:
“O, çıxılmaz vəziyyətdədir. Çünki ümidini onu tərk edən xarici qüvvələrə bağlamışdı".
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?