Amerika lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynada döyüşləri mümkün qədər tez dayandırmağa və problemi sülh yolu ilə həll etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov liderlərin söhbətindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Ukraynada nizamlanma mövzusu müzakirə olunub. Prezident Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub”, - Kreml sözçüsü bildirib.
Putin də öz növbəsində münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, uzunmüddətli nizamlanma dinc danışıqlar yolu ilə əldə oluna bilər.
Qeyd edək ki, az öncə Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş