Ukraynada “Ukraynasız sülh”: ABŞ və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılaşmasında Kiyev üçün ən ağrılı məqamlardan biri budur. Artıq bununla bağlı açıq işarələr var.
- Peskov bildirib ki, Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ı əsas həmsöhbət hesab edir;
- Tramp Putinlə razılaşdıqdan sonra detalları Zelenskiyə təqdim etdi;
- Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir: Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır; 2014-cü ildən əvvəlki sərhədlər təmin edilmir – Krım və Donbasın böyük hissəsi danışıqlar başlanmamışdan öncə Moskvaya verilir;
- Tramp və Putinin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə Ukrayna yer almır;
- Avropa Birliyinin Tramp-Putin razılaşması ilə bağlı “Ukrayna və Avropa sülh danışıqlarında iştirak etməlidir” mövqeyi də “Kiyevsiz danışıqlar” riskinin aktuallığından qaynaqlanır.
Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Hərçənd, buna nə dərəcədə nail ola biləcəkləri sual altındadır.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək