AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya və Azərbaycan arasında münasibətlərə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Çoxları bu işdə bir növ şans yaxalamaq istəyir, amma alınmayacaq, çünki xalqlar arasında, belə ümumi tarixə, belə bir məsuliyyət zonasına, o cümlədən regional və bu cür inkişaf perspektivlərinə malik ölkələr arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur”, - Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, Moskva Bakı ilə münasibətlərdə belə problemli məsələləri konstruktiv şəkildə həll etməyə hazırdır.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş