Hər il Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının reytinq cədvəlini açıqlayır. Bu il də orduların sahib olduqları siah-sursatla bağlı məlumat yayıb. Sözsüz ki, bu siyahıda Azərbaycan da var. Qeyd edə bilərik ki, artileriya və raket qoşunlarımızın arsenalında daha müasir raket artileriya qurğuları mövcuddur.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının sahib olduqları ballistik raketlərin sayı ilə bağlı statistikanı şərh edərkən deyib.
O vurğulayıb ki, Ermənistanda ballistik raketlərin sayının çox olması bir sıra məsələlərlə bağlıdır:
“Ermənistana bu ballistik raketlər Rusiyanın bu ölkədəki 102-ci bazasından ötürüb, bu səbəbdən də sayı çoxdur. Həm də 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ordusu arsenalını belə silah-sursatla zənginləşdirmək üçün çabalar göstərir. Ötən günlərdə Ermənistanın müdafiə naziri Hindistanda, Fransada olub, ABŞ-la müəyyən anlaşmalar var. Hələ bundan sonra da ballistik raketlər alacaq, həm də uzaqmənzili raketlər əldə etmək niyyətindədilər. Sözsüz ki, Azərbaycan da təhdidlərə qarşı addımlar atır və atacaq”.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Ermənistanın 16, Azərbaycanın isə 4 ballistik raketi olduğu haqda məlumat yayıb.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi