“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi müzakirə edilmək üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil edilib.
BUTA.TV xəbər verir ki, qanun layihəsinə baxılması Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş tərəfindən təsdiqlənib.
Hökumətlərarası saziş Azərbaycan və Türkiyənin enerji sahəsində qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədilə 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.
Qanun layihəsi yanvarın 16-da Fuat Oktayın sədrliyi ilə Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunduqdan sonra müvafiq hesabat hazırlanıb.
Komitə Türkiyə və Azərbaycan arasında Bakı-Tiflis-Ərzurum qaz kəməri, Trans – Anadolu boru kəməri və Bakı-Tiflis-Ceyhan neft kəməri də daxil olmaqla, bir sıra digər uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.
“Türkiyənin enerji daşıyıcılarının ehtiyaclarının ödənilməsinə Azərbaycan mühüm töhfə verir. Bununla da Ankaranın region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rolunun möhkəmləndirilməsinə şərait yaradır”, - TBMM-in komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, normativ akt Türkiyə və Avropa ölkələrinin enerji təminatı mənbələrinin şaxələndirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının qazla təmin edilməsində xüsusi önəm daşıyır.
Sazişdə Bakı ilə Ankara arasında enerji sahəsində birgə sərmayələrlə bağlı əməkdaşlıq da nəzərdə tutulub.
“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi ötən il dekabrın 27-də Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə parlamentinə göndərilib.
- İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video
- Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…
- İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?
- Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi
- Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi
- "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir
- Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Qəhrəmanmaraş odur
- Zaxarova Azərbaycana təşəkkür etdi