Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirir və Baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir. O, bu zaman Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Köçəryanın mətbuat konfransında söylədikləri Nikol Paşinyanı narahat etmir. Çünki Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Köçəryanın və “silahdaşı” Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb:
“Paşinyanın səsləndirmədiyi, eyni zamanda ermənilərin beynində dolaşdığı arqument təxminən belədir: “Belə güclü siyasətçi olduğunuzu iddia edirsinizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız”. Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi, tam tərsi baş verdi, arada iki müharibə oldu və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir”.
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş
- 15 mindən çox şəxs magistraturaya imtahan verəcək
- Maşını ildırım vurdu, yanğın oldu
- Aqrar sahə ilə bağlı regional müşavirələrə start verilir