Bakıda II Milli Rəqabət Forumu keçirilir.
BUTA.TV xəbər verir ki, forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, habelə biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri iştirak edirlər.
- Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...
- İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...
- Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat
- Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...
- XİN məlumat yaydı
- Əli Əsədovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan
- Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...