Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının sevilən aktyoru Cabir İmanovun dəfn mərasimindən yayılan bir görüntü geniş müzakirələrə səbəb olub.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, ictimai fəal Afiq Əli C.İmanovun dəfn mərasimində Əlixan Musayevin iştirakının səbəblərindən bəhs edib.
O iddia edib ki, Cabir İmanov vəhhabi idi və vəhhabi Əlixan Musayev onu Əbu Bəkr məscidindən son mənzilə yola salıb.
O, həmçinin Tahir İmanovun da vəhhabi olduğunu, onun vəhhabilərin məscidinə getdiyini və vəhhabilərin biznesinə dəstək verdiyini əks etdirdiyini iddia etdiyi görüntüləri də paylaşıb. Şərhlərdə isə vurğulanıb ki, məhz bu səbəbdən T.İmanov məsciddən çəkilişlər aparılmasına qarşı çıxıb.
Maraqlıdır ki, bu paylaşımdan sonra Əlixan Musayev C.İmanovla tanış olduğunu, bir çox yerdə görüşdüyünü, hətta C.İmanovun onun arxasında namaz qıldığını bildirən videomüraciət yayıb.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...