İnanırdım ki, prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Yaranmış gərginlik Rusiyanın AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra sərgilədiyi anlaşılmaz və qəbul edilməsi mümkün olmayan mövqeyinə görə idi. Azərbaycan Respublikası Prezidentinin baş verənlərə adekvat və prinsipial, amma təmkinli yanaşması münasibətlərin tamamilə geridönməz formada korlanmasının qarşısını aldı. Hansı ki, çoxları bunu arzu edirdi. Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Düşənbədə İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş haqda mediaya müsahibəsində bildirib.
O vurğulayıb ki, Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir:
“İlham Əliyev azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu”.
- Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...
- İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...
- Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat
- Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...
- XİN məlumat yaydı
- Əli Əsədovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan
- Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...