Dünən Azərbaycanda fəaliyyət göstərən kartoqraflar assosiasiyası “Zəngəzur dəhlizi” adlanan xəritəni dərc edib. Bu xəritəyə baxsaq, görərik ki, Ermənistanın yer adları türkləşdirilib və yol üzərində keçid məntəqələri barədə heç bir işarə yoxdur.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni türkoloq Varujan Qeqamyan deyib.
Onun sözlərinə görə, bir neçə gün öncə Türkiyənin böyük müxalifət mediası və geniş auditoriyası olan ODA TV diqqətçəkən məlumatlar yayıb:
“Məlumatda qeyd edilir:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Birincisi, Ermənistan hakimiyyəti razılaşıb ki, Sünikdə – Meğridən Qafanadək olan təxminən 1200 kv.km ərazi faktiki olaraq Türkiyə və Azərbaycanın idarəsinə verilsin.
İkincisi, Marqarada yerləşən Ermənistan-Türkiyə sərhədindəki kiçik neytral zona Türkiyənin xüsusi inzibati nəzarətinə veriləcək.
Bu informasiyanın dəqiqliyi bu mərhələdə o qədər də vacib deyil.
Əsas məsələ odur ki, həm Türkiyədə, həm də Azərbaycanda Sünik bölgəsinə dair geniş fəaliyyətlər, o cümlədən informasiya kampaniyaları aparılır. Xüsusilə Türkiyə və Azərbaycanda “Zəngəzur dəhlizinin” açılması üçün böyük hazırlıqlar gedir. Demək olar ki, hər gün xüsusi reportajlar, analizlər, tədbirlər keçirilir. Bu tədbirlərdə əsas mövzu dəhlizdir. “Zəngəzur dəhlizi” artıq Türkiyənin dövlət protokollarının bir hissəsinə çevrilib.
Məsələn, Türkiyə rəsmiləri Ermənistanla və Naxçıvanla sərhəddəki bölgələrə gedəndə yerli məmurları dəhlizin açılması münasibətilə təbrik edirlər.
Bu mövzu indi həm də Türkiyə və Azərbaycanın daxili siyasətinin mühüm bir hissəsinə çevrilib. Bütün səviyyələrdə dəhliz haqqında danışılır. Nəticədə, “Zəngəzur dəhlizi” ideyası artıq cəmiyyət tərəfindən dəstəklənən aydın bir ictimai tələbə çevrilir”.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi