Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyev ev həbsinə məhkum edilib və o, vətənə xəyanət də daxil olmaqla, bir çox cinayətdə ittiham edilir.
BUTA.TV xəbər verir ki, hakimiyyətin zorla ələ keçirilməsində də ittiham edilən Ramiz Mehdiyev 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub və elmlər namizədliyi işini də orada müdafiə edib.
Rusiya ilə geniş əlaqələrdə və rusyönlülükdə vaxtaşırı olaraq adı hallanan Ramiz Mehdiyev müstəqillik illərində də bu ölkədən mükafatlar almağa davam edib.
R.Mehdiyev 14 may 2008-ci ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib, 26 aprel 2018-ci ildə isə Rusiyanın “Şərəf” ordeninə layiq görülüb.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu