AZAL-a məxsus təyyarələr hər zaman təzə və keyfiyyətli olması ilə seçiliblər. Təsadüfi deyil ki, AZAL bir çox göstəricilərə görə qabaqcıl aviaşirkətlərin sırasında yer alır.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bu baxımdan ötən gün Sankt-Peterburqdan havaya qalxan kimi AZAL təyyarəsinin şassisində problem yaranması suallar doğurub. AZAL təyyarələrində hansısa problemin yaranması çox nadir hadisədir.
Bu baxımdan siyasi müşahidəçi İlqar Altay da şübhəsini ifadə edib. O, Sankt-Peterburqun Rusiya liderinin doğma şəhəri olmasına diqqət çəkib:
“Putinin şəhəri, Peterburqun Pulkovo hava limanında bir müddət qalıb, yanacaq doldurub, həm də orada texniki baxışdan keçirilmiş AZAL sərnişin təyyarəsinin Bakıya dönüşündə havaya qalxan kimi texniki problem yaranması 100% təsadüf hesab edilməlidir? Əminikmi? Bu bizə, Azərbaycana hansısa üstüörtülü xəbərdarlıq, ya təhdid mənası daşıya bilməzmi?”
Qeyd edək ki, təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb, heç kəs xəsarət almayıb.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu