Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəlib və sonra dərisi soyulub.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər suluğa çevrilərək üzünə qədər yayılıb.
Allergiyanın ağır formasına çevrilən yaralar pasiyenti çətin vəziyyətlə üzləşdirib. Xəstəxanaya çatdırılan qadına dərhal toksik allergik dermatit diaqnozu qoyulub.
Həkim-efferentoloq Ağa İsmayılov deyib ki, pasiyent klinikaya ağırlaşmış formada gətirilib.
Həkimin sözlərinə görə, hadisəyə səbəb meyvə yetişdirilərkən bitkiyə verilən gübrələr ola bilər. Ona görə də meyvə yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır. Saplağı giləmeyvədən ayrılmalıdır. Əks halda orqanizmdə ciddi fəsadlara yol açır.
27 yaşlı qadının qohumları açıqlamalarında onun səhhətinin hazırda yaxşı olduğunu və müalicəsinin ev şəraitində davam etdirildiyini bildirdilər.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu