Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Həmin şəxsə məxsus həyətyanı sahədən xüsusi qulluq edərək yetişdirdiyi 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Keçirilən digər tədbir zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulovdan isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü