Səudiyyə Ərəbistanı İnkişaf Fondu Türkiyə Mərkəzi Bankında 5 milyard dollarlıq əmanət yerləşdirmək üçün müqavilə imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bu qərarı Səudiyyə kralı Salman bin Əbdüləziz əs-Səud və vəliəhd Məhəmməd bin Salman əs-Səud qəbul edib.
Sazişi Səudiyyə Ərəbistanının turizm naziri, İnkişaf Fondunun nümayəndəsi Əhməd əl-Xatib və Türkiyə Mərkəzi bankının sədri Şahab Kavcioğlu imzalayıb.
“Müqavilə təkcə Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının xalqları və hakimiyyət orqanları arasında sıx əməkdaşlıq və tarixi əlaqələrin sübutu deyil, həm də Ər-Riyadın Türkiyənin potensialının gücləndirilməsi səylərini dəstəkləməyə sadiqliyinin nümayişidir”, - məlumatda qeyd edilib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər