“Altılı masa” Akşənərin dönüşündən sonra Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi: bu seçimin nə qədər uğurlu olması mübahisəlidir, çünki CHP-lilər arasında belə onun qalib gələcəyinə şübhə ilə yanaşanlar, Mansur Yavaş və ya Əkrəm İmamoğlunu gələcək lider olaraq görənlər var. Akşənərin Yavaş və İmamoğlu şərti ilə masaya qayıtması da əslində Kamalın bir lider kimi nüfuzuna zərər vuran amildir.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.
“Ərdoğan iqtisadi problemlər, zəlzələ və uzun müddət hakimiyyətdə olma ilə nə qədər “qan itirsə” də Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəif görünür, daha doğrusu, mövcud şəraitin hakimiyyətə gəlmək imkanı yaratmasına baxmayaraq, Kılıçdaroğlunun namizədliyi müxalifətin şansını azaldır”.
Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər İstanbul və Aknaranın bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşın vitse-prezident vəzifəsinə namizədliyinin qəbul edilməsi şərtilə “Altılı masa”ya qayıdıb. Bunun ardınca isə CHP lideri Kamal Kılıcdaroğlu “Altılı masa”nın prezidentliyə vahid namizədi olduğu elan edilib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər