Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun əsas müxalifət blokundan seçkidə namizəd kimi irəli sürülməsindən əsas faydalanan şəxs Türkiyə Prezidenti Ərdoğandır.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Əbdülqədir Selvi deyib.
“Bu prosesdə qalib Kılıçdaroğlu oldu. Digər qalib isə Ərdoğandır. Çünki Ərdoğan ən çox Kılıçdaroğlu ilə rəqabət aparmaq istəyirdi”, - köşə yazarı bildirib.
Selvi vurğulayıb ki, Ərdoğan qarşıdan gələn seçkidə qalib gəlsə, o zaman müxalifət cəbhəsində hər şey yenidən başlayacaq.
Qeyd edə ki, 74 yaşlı Kılıçdaroğlu Türkiyədə mayın 14-də keçiriləcək ümumi seçkidə müxalifət tərəfindən vahid namizəd kimi irəli sürülüb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər