Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə reaksiya verib.
BUTA.TV xəbər verir ki, o bu barədə Tvitter hesabında paylaşım edib.
"Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, bütün həyatı boyu Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb. Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə dərin hörmət qazanıb.
Bu həftə Azərbaycanda X Qlobal Bakı Forum keçiriləcək və Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq”, - deyə o qeyd edib.
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur