Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 9-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.
Baş Qərargah rəisi qonağı salamlayaraq Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfə yüksək dəyərləndirilib, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
General-leytenant M.Oğuz ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini, o cümlədən sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığını yüksək qiymətləndirib.
Sonda NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.
- Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü
- 2 nəfərin ölümünə səbəb olan sürücü sükan arxasında yatıbmış
- Xəzər dənizində zəlzələ oldu
- Arazda batan yeniyetmənin meyiti tapıldı
- Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
- Keçmiş nazir kuryer işləyir - Video
- Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto
- ABŞ İrana hücumların başa çatdığını açıqladı - Yenilənib