Bir neçə gün öncə qatı duman səbəbindən, yolu azaraq, Ermənistan tərəfə keçən əsgərlərimizdən biri – Hüseyn Axundovun ermənilər tərəfindən dəhşətli işgəncələrə məruz qalması barədə yayılan görüntülərlə bağlı Türkiyədə fəaliyyət göstərən Zəngəzur Özgürlük Hərəkatı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, hərəkat rəhbəri Həsən Barının adından yayılan bəyanatda bildirilir:
“Yaralı olaraq əsir düşən erməni əsgərlərini əsgərlərimiz müalicə etdiyi halda; cəbhədə, əsgərlərimizdən qaçmağa yer axtaran ermənilərin cəbhədə göstərə bilmədikləri “qəhrəmanlığı” əsir düşən, əlləri arxadan bağlı, yarı bayğın yerdə yatan əsgərimizin sifətinə təpik ataraq xainlik göstərmələrini;
Etdiklərini gözəl bir şeymiş kimi, videoya şəkib, yayaraq, psixoloji hərb metodu olaraq, bizlərə qarşı istifadə etmələrini - insanlıq adına iyrənərək şiddətlə qınayıram.
Özəlliklə “Hepimiz ermeniyiz” deyən ermənisevənləri də bu qınamaya qoşulmağa dəvət edirəm!”
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş