Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
BUTA.TV xəbər verir ki, bu barədə BUTA.TV-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.
Ölkədə son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 368 test aparılıb.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video