44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri onlara qarşı zorakılıq edən 13 polis əməkdaşının 24 saat ərzində məsuliyyətə cəlb olunmasını tələb edir.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, ölən əsgərlərdən birinin atası Ara Rüstəmyan 24 saatlıq oturaq aksiya keçirəcəklərini elan edib.
“Bütün faktlar sübut edir ki, onlar beş qadına qarşı zorakılıq tətbiq edib, bədən xəsarəti yetiriblər. Əmr verdiyini deyən komandiri də daxil olmaqla, 13 polisə qarşı ittiham irəli sürülməzsə, 24 saat ərzində yeni açıqlama verəcəyik. Əks halda, o zaman tələblərimiz qanuni müstəvidən başqa müstəviyə keçəcək. Bütün gecəni burada olacağıq, bizə qoşulun”, - o bildirib.
Qeyd edək ki, ötən ilin sentyabrın 21-də “Erablur” məzarlığına gələn baş nazir Nikol Paşinyanı qoruyan erməni polisi bəzi ziyarətçilərə zor tətbiq edib, onlara ağır xəsarətlər yetirib.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş