Baxmutda rus qoşunları gün ərzində 50-yə qədər hücum təşkil edir, vəziyyət çətin, lakin nəzarət altındadır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Ancaq düşmən ən çox hücumları Baxmut istiqamətində edir. Rusiya ən peşəkar birləşmələrini orada cəmləyib, xeyli artilleriya və aviasiyadan istifadə edir. Düşmən hər gün Baxmutda 40-50 hücum və 500-dən çox atəş həyata keçirir", – Malyar bildirib.
Qeyd edək ki, Baxmutda hazırda da şiddətli döyüşlər gedir. Rusiya qoşunları 4 istiqamətdə - Liman, Baxmut, Avdeeyev və Marinka istiqamətində hücumlarını davam etdirir.
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş
- 15 mindən çox şəxs magistraturaya imtahan verəcək