Macarıstan xarici maraqlar naminə Rusiya xammalından imtina etməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Menzer bildirib.
"Mən artıq dedim ki, Rusiya nefti və qazı nə qədər əhəmiyyətlidir, bizim tərəfimizdən hər hansı səylərə baxmayaraq, Rusiya xammalı olmadan enerji təchizatı məsələsini həll etmək mümkün olmayacaq. Biz heç vaxt Macarıstanın maraqlarını arxa plana keçirməyəcəyik və heç kimin maraqlarını macarların maraqlarından üstün tutmayacağıq", - Menzer deyib.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidentinin iqtisadi müşaviri Oleq Ustenko Rusiyanın “Qazprom” şirkəti ilə müqavilələrin uzadılmasından və “Paks-2” AES-in tikintisi ilə bağlı müzakirələrdən sonra Macarıstana qarşı Qərbi sanksiyalara çağırıb.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş