İran Qeydiyyat İdarəsi İlkin adına şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə uşağın atası Babək Hüseyni Müqəddəm özünün sosial media hesabında yazıb.
“Övladıma kimlik almaq üçün Qeydiyyat İdarəsinə getdim. “İlkin” adının türkcə olduğunu və İran Qeydiyyat İdarəsinin adlar siyahısında olmadığını bildirib, vəsiqə verməkdən boyun qaçırdılar. Bu bizim hüququmuzdur və övladıma İlkin adında sənəd alana kimi mübarizə aparacağam”, - o qeyd edib.
Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər.
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
- Bakıda çiyələk yeyən qadının dərisi soyuldu - Video
- Bir ay əvvəl işdən çıxarılmışdı: Klinika direktoru oldu
- Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
- Həmin şagird hoteldə ölübmüş